Məşhur müğənni həyat yoldaşından boşanan kimi özünə sevgili tapdı - FOTOLAR

Məşhur müğənni həyat yoldaşından boşanan kimi özünə sevgili tapdı - FOTOLAR
18:18 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Roman iki illik həyat yoldaşı Ceren Kaplakarslandan rəsmən boşanan kimi özünə yeni sevgili tapıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün evlilik müqaviləsi olduğu üçün aralarındada mal-mülk bölüşdürülməsi aparılmayıb. 46 yaşlı müğənni ilə 26 yaşlı keçmiş həyat yoldaşı arasında gərginlik davam etsə də, məhkəmə prosesi bitəndən sonra Rafet “Bütün yaşanan xoşagəlməz olaylara baxmayaraq, Cereni hər zaman gözəl xatırlayacağam. Ona xoşbəxtlik arzulayıram", - deyib.

Romanın boşanan kimi məşhur aktrisa Tuvana Turkay ilə sevgili olduğu da iddia olunur. İddiaya görə, müğənni ötən həftə Amsterdamda gənc aktrisa ilə görüşüb. Türkay müğənni ilə selfilərini instaqram səhifəsində paylaşaraq "Hər yerdən keçərik, kölgələrdən nə çarə" statusunu yazıb. Roman isə Türkayın adını işarələyərək fotoya "Keçərik əlbəttə" rəyini qeyd edib.

Ceren Kaplakarslan boşanma prosesindən sonra keçmiş həyat yoldaşı ilə aralarında baş verənlərə aydınlıq gətirmək üçün mətbuat konfransı keçirəcəyini deyib.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR