Ağstafada 404 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Ağstafada 404 ədəd partlamamış hərbi sursat aşkarlanıb
18:22 7 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Salyan və Ağstafa rayonlarında partlamamış hərbi sursat aşkar edilərək götürülüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, Salyan rayonunun Şirvan Milli Parkı ərazisində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 93 mm-lik tank əleyhinə raket (PQ-7VL) və 1 ədəd 140 mm-lik raket (M-14 OF)) aşkar edilərək götürülüb, nəticə olaraq 3 500 kv.m ərazi yoxlanılıb.
Ağstafa rayonunun Saloğlu qəsəbəsində su kanalının yaxınlığında əraziyə baxış keçirilib, 404 ədəd partlamamış hərbi sursat (PHS) (4 ədəd 100 mm-lik top mərmisi (BM-6), 1 ədəd 73 mm-lik OQ-9 raketi,1 ədəd PQ-7 raketinin mühərrik hissəsi, 1 ədəd 122 mm-lik top mərmisi (A-1), 3 ədəd 40 mm-lik silah qumbarası (VOQ-25), 3 ədəd siqnal raketi, 2 ədəd güllə gilizi (12x7 mm), 1 ədəd güllə gilizi (12x7 mm) (boş), 341 ədəd güllə (7x62 mm), 32 ədəd güllə (5x45 mm), 16 ədəd tapança gülləsi, 2 ədəd 100 və 122 mm-lik top gilizi (boş), 1 ədəd güllə darağı (5x45 mm) (boş),1 ədəd PQ-7 raketinin mühərrikinin qapaq hissəsi (boş)) və 2 ədəd “siqnal minası” aşkar edilərək götürülüb, 150 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən oktyabrın 7-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 938 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası”və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.



Xəbərin orijinal ünvanı: http://report.az/herbi/agstafada-404-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR