Paytaxt kafelərinin birində dava düşüb, 3 nəfər bıçaqlanıb

Paytaxt kafelərinin birində dava düşüb, 3 nəfər bıçaqlanıb
18:32 7 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb. 
“Report”un əldə etdiyi məlumata görə, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb
Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.
Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/paytaxt-kafelerinin-birinde-dava-dusub-3-nefer-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR