"Dünyanın səkkizinci möcüzəsi"nin SİRRİ - FOTOLAR

"Dünyanın səkkizinci möcüzəsi"nin SİRRİ - FOTOLAR
18:33 7 Oktyabr 2016
129 Digər
Ölkə mətbuatı
A- A+

Dünyada heç bir ölkə Yeni Zelandiya kimi mənzərəli panoramalara malik deyil. Nadir və zəngin təbiətinə görə Yeni Zelandiyanı bəzən "Dünyanın səkkizinci möcüzəsi" kimi təqdim edirlər. Yeni Zelandiyanın Avstraliyanın Cənub-şərqində yerləşməsi sizə çox uzaq görünə bilər. Lakin əmin ola bilərsiniz ki, Yeni Zelandiyaya səyahət həyatınızın ən unudulmaz günlərindən biri olacaq. Axı tanrının möcüzəsidir ki, təbiətinə görə yalnız cənnətlə müqayisə edilə biləcək qədər gözəl olan Yeni Zelandiyada zəhərli heyvan və heç bir ilan növlərinə rast gəlinmir. Yeni Zelandiya dünyanın iki ölkəsindən (İrlandiya ilə birlikdə) biridir ki, orada ilan yoxdur. Bütün bunlardan əlavə, Yeni Zelandiya kosmosa ən yaxın ölkədir. Bu isə o deməkdir ki, ulduzlar ona toxuna biləcəyiniz qədər yaxın olacaq...

Publika.az-ın “Yolçu” layihəsi çərçivəsində oxucuları bu həftə Yeni Zelandiyaya virtual səyahətə aparmışıq. Odur ki, yolçu yolda, gözlər isə yazıda gərək...

Yerli sakinlər - Maorilər Yeni Zelandiyanı "Aotearoa" adlandırırdı, bu söz "Uzun ağ bulud torpağı" kimi tərcümə olunur.

Müxtəliflik və pak vəhşi təbiəti

Image result for new zealand

Yeni Zelandiya təxminən 85 milyon il əvvəl qitədən ayrılıb və nəticədə onun ərazisində dünyanın digər hissələrindən xas olmayan nadir heyvanlar və bitkilər yaranıb. Sakit okeanın cənub şərqində yerləşən Yeni Zelandiya iki əsas adadan və çoxsaylı kiçik adalardan ibarətdir. Bunların hər ikisi öz gözəl mənzərələri ilə tanınır. Yeni Zelandiyanın təbiətinin müxtəlifliyi ilə heyranlıq doğurur. İstər subtropik meşələri, istər çimərlikləri, istər laqunlar və istər şimaldakı sahil adaları, istər cənubundakı qarlı dağ zirvələri və düzənlikləri, istər dağ gölləri, istərsə də buzlaqlarına heyran olmamaq və bu qədər gözəlliyin bir ölkədə cəmləşməsinə təəccüblənməmək mümkün deyil. Bundan başqa siz qaynar çeşmələr və fiordlar, fəaliyyət göstərən vulkanlar, yaşıl otlaqlar, gözəl dərə-təpələr də görəcəksiniz. Yeni Zelandiyanın tropik meşələri həmişə yaşıl unikal ağac növləri ilə zəngindir.

Image result for new zealand

Şimali adada Yeni Zelandiyanın ən iri şəhəri Oklend və əsas beynəlxalq qapılar yerləşir. Oklend əhalinin üçdə birinin yaşadığı ən böyük şəhəridir. Əgər siz təbiətlə baş-başa qalmaq istəyirsinizsə, bu, asan olacaq. Çünki halinin böyük bir hissəsi əsas beş şəhərdə məskunlaşıb.

Image result for new zealand

Cənub ada qapılarında siz balinalara baxmaqdan və raftinqdən həzz alacaqsınız. Digər kontinentlərdən ayrı olduğuna görə Yeni Zelandiya zəngin vəhşi təbiətə, unikal bitki, quş və həşərat növlərinə malikdir. Bunlardan ən tanınmışı ölkənin milli rəmzi olan qanadsız Kividir, hətta yeni Zelandiyalılar da özünü bəzən bu cür adlandırır. Həmçinin Yeni Zelandiya sahillərində hea (dağ popuqayı), kaka popuqayı, Yeni Zelandiya tuisi və sarı gözlü pinqvin, albatros və firtına quşu da daxil olmaqla xeyli dəniz quşu yaşayır. Yeni Zelandiya azsaylı ölkələrdəndir ki, siz yaxından balina görə, delfinlərlə üzə, cənub kral albatrosunun nəcibliyindən zövq ala bilərsiniz. Tuatara dinozavrların yaşadığı dövrə aid olan sürünəndir və yalnız Yeni Zelandiyada yaşayır. Lakin burada nadir sahil hörümçəyi katipodan başqa heç bir ilan və zəhərli heyvan yoxdur.

Image result for new zealand

Vellinqton

Image result for vellington nature

Vellinqton Yeni Zelandiyanın paytaxtı və böyüklüyünə görə ikinci şəhərdir. Şəhər özünün möhtəşəm turistik infrastrukturu və qeyri-adi görməli yerləri məşhurdur. Ümumiyyətlə, Yeni Zelandiyada elə bir bölgə yoxdur ki, oranı səyahət etmək istəməyəsən. Buna görə siz hətta fikir ayrılığında qalacasınız.

Sivil ekzotika və inkişaf etmiş infrastruktur

Туризм в Новой Зеландии

Uzaq Okeaniya ölkəsində həyat səviyyəsi o qədər yüksəkdir ki, Avropa insanı orada özünü maksimum rahat hiss edəcək. Palçıq, pis yollar, dələduzluq, anlaşılmaz mətbəx, xəstəlik, pis xidmətlə rastlaşmaq ehtimalı sıfırdır. Hər şey sadə və aydındır. Yeni Zelandiyada avtomobil yolları şəbəkəsi çox yaxşı inkişaf edib. İcarəyə avtomobil götürməklə siz ölkənin istənilən nöqtəsinə səyahət edə bilərsiniz. Əgər sizin görməli yerlər haqqında məsləhətlərə ehtiyacınız varsa, onda hər şəhərdə yerləşən Turizm İnformasiya Mərkəzini ziyarət edə bilərsiniz. Benzin isə Yeni Zelandiyada Avropa ilə müqayisədə xeyli ucuzdur. Bundan başqa, Yeni Zelandiyada, ölkənin bütün ərazisini əhatə edən şəhərlərarası geniş avtobus şəbəkəsi var. Ən vacibi şəhər və görməli yerlər arasında məsafə elə də çox böyük deyil.

Şərab

Yeni Zelandiya şərabının keyfiyyəti bütün dünyada məşhurdur. Lakin bu, çox qəribə faktdır, çünki onların istehsal etdiyi şərab dünyada cəmi 1% təşkil edir. Xoks-Bey və Malboro şərab istehsalı ilə məşğul olan iki aparıcı rayondur.

Ölkədə bütün gününüzü şən keçirə, dincələ, xüsusi ilə şərabların və müxtəlif məhsulların dadına baxa biləcəyiniz üzüm bağları var. Yeri gəlmişkən, Yeni Zelandiya da İngiltərə kimi bağlar ölkəsidir. Bağlarda çoxlu sayda müxtəlif bitki, meyvə ağacları boy atır.

Bundan başqa, sizin restoranların eyvanında oturub həm gözəl mənzərələri izləmək, həm də dadlı yeməklərin yanında verilən şərabları sınaqdan keçirmək imkanınız var.

13

Dünyada ən gözəl dəmir yolu dərəsi

15

Bu, şübhəsiz, Yeni Zelandiyada ən səfalı mənzərələrdən biridir. Kraystçerdən Qreymuta qatarla səfər faktiki olaraq dünyanın ən mənzərəli səyahətləri arasında birinci yeri tutur.

Mətbəxi

Image result for new zeoland meals

Özünü maori adlandıran yerli əhali avropalıların gəlişinə qədər ovçuluqla, əkinçiliklə məşğul olur, balıq, dəniz məhsulları və quş əti, yabanı otlarla dolanırdı. Fermerlərin inkişafı ilə - maorilər qida rasionuna meyvə və tərəvəz, həmçinin kartofu daxil edir. Qeyri-adi tünd-bənövşəyi kartof maorilərdə indi də populyardır və bir çox milli yeməklərdə istifadə olunur. Həmçinin bazarlarda və ixtisaslaşmış mağazalarda bu kartofun çörəyinin dadına baxmaq olar.

Image result for new zeoland meals

Əgər Yeni Zelandiyanın Stüart adasına səfər etməyi düşünürsünüzsə, onda burada müxtəlif növ quşların və qoyun ətindən hazırlanan yeməkləri dadmaq imkanını əldə verməyin. Yeri gəlmişkən Yeni Zelandiyalılar dünyada ən çox ət yeyən insanlar arasındadır və siz də ət sevirsinizsə, bu ölkəni gəzərkən ətli piroq və ya bifştekslərindən dadmağı unutmamalısınız. Yeni Zelandiyada ətli piroqlarda xəmirdən çox ət olmalıdır. Vegetarianlar Oklənd, Vellinqton və Kraysterç şəhərləri çıxmaq şərti ilə, başqa bölgələrdə çətinlik çəkəcək. Çünki bir qoyunun 25 dollara satıldığı halda 4 dollara satılan mərciməyə tələbat olmur.

Image result for new zeoland meals

Dəniz məhsulları, meyvələr və tərəvəzlər də ət kimi ən yüksək keyfiyyətlidir.

Yeni Zelandiyada quzu ətini çəhrayılıq alana kimi yüngül və balıqları unlamamış qızartmaq dəbdədir.

Image result for new zeoland meals

Süd məhsulları möcüzədir və nisbətən ucuzdur. Yeni Zelandiya brie, qruyre, feta, parmesan kimi pendirlərdın əlavə holland pendiri də istehsal edir.

Image result for new zeoland meals

"Dünyanın səkkizinci möcüzəsi"-ni öz gözlərinizlə görün

Милфорд Трек 1

Image result for milford trek

Yeni Zelandiya öz mənzərələri və qəşəng turizm yolları ilə məşhurdur, amma bir əsrlik tarixi olan Milford Trek əsl möcüzədir. Kventin Makkinnou 1988-ci ildə Yeni Zelandiyada məşhur Te Anau gölündən Milford Saund fiorduna qədər yerüstü yol açıb. Əlbəttə, bu nadir piyada marşrutu səyahətinizi macəra formatında keçirmək üçün əla fürsətdir. Məşhur yolu keçmək imkanları haqqında əvvəlcədən məlumatlanmaq lazımdır, çünki turist sayı ciddi şəkildə məhdudlaşdırılıb. Bir də sizdən 750 dollar tələb olunacaq, həmçinin yol boyu mığmığa sancmaları izləri bədəninizi hələ uzun müddət "bəzəyəcək". Əvəzində üstünlüklər arasında bənzərsiz macəra ruhu sizə özünüzü özünü əsl səyyah kimi hiss etdirəcək.

Image result for milford trek

Təmiz ölkə, təmiz insanlar

Поездка в Новую Зеландию

Dünyanın təmiz ölkələri arasında yer alan Yeni Zelandiyada rüşvətxorluq, korrupsiya, çirkli pullar kimi cinayət halları demək olar ki, sıfır dərəcəsindədir. Özünü "Kivi" adlandıran yerli sakinlər isə turistlərlə çox səmimi, mehriban və istiqanlı rəftar edir. Yeni Zelandiyada cinayətkarlığın səviyyəsi çox aşağıdır və cinayətin qurbanı olmaq şansı çox azdır. Əgər siz meşə və dağ massivlərinə yürüş edirsinizsə, narahat olmağa dəyməz, burada zəhərli bitki və ilan yoxdur. Onu da qeyd etmək lazımdır ki, bu ölkədə cinayətkarların sadəcə 6 faizi qadınlardır.

Taranaki dağı

Image result for taraniki mountain

Egmont dağı olaraq da tanınan Taranaki dağı dinc təbəqəli yanardağdır. Hündürlüyü 2518 metrdir. Dünyanın ən simmetrik vulkan konuslarından biridir.

Rotorua Termal rezervləri

Image result for Rotorua Termal rezerv

Aktiv geotermal bölgədir. Təbiət hadisəsi nəticəsində meydana gəlmiş dünyanın ən qəribə gözəllikləri sırasında yer alır. Qeyri-adi fotolar çəkdirmək istəyən ziyarətçilərin sevimli məkandır.

Fosforlu Vaitomo mağaraları

Yamyaşıl təpənin altında yatan bu mağaralar keçmişdə kənd olub. Mağaralar yeraltı çaylardan meydana gəlmiş labirintdir. Minlərlə kiçik canlının bir araya gəlməsi ilə parıltılı divarlara sahib olan bu möhtəşəm təbiət möcüzəsinə mütləq şahidlik etməlisiniz.

Tiritiri Matanqi adası

Image result for Tiritiri Matangi

Hauraki körfəzi boyunca uzanan Tiritiri Matanqi adası 2,2 kvadrat kilometrlik açıq təbiət qoruğudur. Vəhşi heyvanların, digər canlıların kəşf edilə biləcəyi dünyanın ən mühüm qoruqlarından biridir. İldə 30 min ziyarətçi buranı görməyə gəlir. 250 mindən çox yerli ağac növü var. Yeni Zelandiya gözəllikləri sırasında 7-ci yerdədir.

Tonqariro yerli parkı

Image result for Tongariro

Yeni Zelandiyanın ən qədim yerli parkı olan Tonqariro Şimalı İslandiyanın mərkəzində yerləşir. UNESCO tərəfindən 28 mədəni və təbii mirasdan biri olaraq qəbul edilən bu park ən yaxşı dırmanış sahələrindən də biridir.

Taupo gölü

Image result for Taupo

Vulkan partlayışları nəticəsində təxminən 2 min il əvvəl yaranan Taupo gölü ən böyük şirin sulu göllərdəndir. Hər il təxminən 2 milyon turist bura gəlir.

Nelson gölləri

Image result for nelson lake

Dünyanın ən təmiz içməli suyu və Nelson gölləri Yeni Zelandiya ərazisində yerləşir.

Huka şəlaləsi

Image result for huka

Vaikato gölündən başlayıb Taupo gölünə tökülür. Taupo vulkanın partlayışı ilə 26 min il əvvəl meydana gələn bu şəlalə saniyədə axan 220 min litrlik kristal rəngli suyu ilə ziyarətçilərini təəccübləndirir.

İsti su sahili

Yerli və xarici turist axınına məruz qalan, ildə 7000 ziyarətçi gələn bu yerdə suyun istiliyi 64 santiqrat dərəcəyə qədər çıxır. Sahilin altında olan nəhəng sualtı anbarlar vulkan partlayışı nəticəsində meydan gəlib.

Te Vanganui-A-Hei kəməri

Image result for hot water new zeoland

Turistlərin Yeni Zelandiyada ən çox foto çəkdirdiyi yerlərindən biridir. Gəmi ilə kəşf edə biləcəyiniz bu bölgə Hahei sahilinin şimal ucunda yerləşir. İldə təxminən 150 min ziyarətçi gəlir.

Bay adaları

Image result for bay island

Balıqçılıq baxımından olduqca məşhurdur. 144 ada və yarımadaya ev sahibliyi edən Bay adaları pinqivinlər başda olmaqla yunus, balina növləri ilə də zəngindir.

Yeni Zelandiyada digər görməli yerlər

Abel Tasman parkı

национальный парк Абель Тасман

национальный парк Абель Тасман 1

Adalar körfəzi

Milford körfəzi

Ağ Ada

Krallar şəhərində Tarzan tullanışı

Krallar şəhərində dünyanın ən hündür tullanışını edin. Bu, hər hansı milli idman növü deyil. Amma onu sınamağa dəyər.

Hobbitlərin kəndi - Şireni ziyarət edin!

Şotover yarğanında sürət mühərrikləri ilə həyəcana yelkən açın.

Aorakidə kosmosu və ulduzları çox yaxından və aydın görmək imkanınız var. Fotoşop yox, sünilik yox, çılpaq gözlə ulduzları izləyin...

Bahalıq və uzaqlıq

Gözünüzü qorxutmamaq üçün Yeni Zelandiyanın mənfi cəhətlərini sona saxlamışıq. Yeni Zelandiya turizm cəhətdən inkişaf etmiş ölkə olduğu üçün harada olmağınızdan asılı olmayaraq qələbəlik olacaq. Yeri gəlmişkən, bu, mənfi cəhətlə İsveçrə, ABŞ, Çinə gedən turistlər üzləşir. Yeni Zelandiya hər il çoxlu turist qəbul edir və ölkənin əsas gəlirlərini turizm təşkil edir. Sözsüz ki, bu amil qiymətlərə də təsirsiz ötüşmür. Burada hər şey üçün, xüsusi ilə də turistsinizsə, çoxlu pul xərcləməli olacaqsınız. Bunu Yeni Zelandiyanın yüksək inkişaf etməsi ilə izah etmək olar. Buradan belə nəticəyə gəlirik ki, Yeni Zelandiyaya səfər ciddi maliyyə hazırlığı tələb edir.

Nə qədər qəribə olsa da, ölkənin ən mənfi cəhəti ölkənin uzaqlığı ilə bilavasitə bağlıdır. Yerdəyişmə üçün vaxtı nəzərə almasaq, kosmik dərəcədə uzun müddət uçmaq lazım olacaq. Sadəcə təyyarə ilə bir sutkadan çox uçmalı olacaqsınız. Üstəlik, qayıtmağı da hesablasaq, 3 gününüz yollarda keçəcək. Bütün hallarda yuxarıda sadalananlar bir daha göstərir ki, bu ölkəni görməyə dəyər.

Yeni Zelandiya haqqında maraqlı faktlar

Yeni Zelandiya 1642-ci ildə hollandiyalı dənizçi Abel Tasman tərəfindən kəşf edilib. O komandasının bir neçə üzvünün ölkənin yerli əhalisi olan maorilər tərəfindən qətlə yetirilməsindən sonra buranı tərk edir. 1769-cu ilə qədər avropalılar buraya səfər etmirdilər. Yalnızca 1769-cu ildə kapitan Ceyms Kuk gəlir və adanı xəritəyə daxil edir. Yeri gəlmişkən, Yeni Zelandiya ərazisinə avropalılar gəlməzdən öncə yerli maori əhalisi pullardan deyil, mübadilədən istifadə edirdi.

Yeni Zelandiyanın mülayim və rütubətli bir iqlimi var. Ən soyuq ay iyul, ən isti aylar isə yanvar və fevraldır. Yayda temperatur 18-29 dərəcə, qışda isə 2-13 dərəcə arasında olur. Yağışlar çox tez-tez yağır. Bir günün içində hava günəşli olduğu halda, qəflətən yağış başlayıb, ardınca yenidən günəş çıxa bilər.

Что посмотреть в Новой Зеландии?

Baxmayaraq ki, Yeni Zelandiyanın ərazisi çox böyükdür, adalarda cəmi 4,5 milyon nəfər yaşayır.

Ölkə öz ərazisinin unikallığı ilə qürurlana bilər. Belə ki, onun istənilən hissəsi okeana 130 kilometr yaxınlıqda yerləşir.

Yeni Zelandiya sakinləri günəşin doğmasını hər kəsdən öncə görürlər.

Yeni Zelandiya qeyri-korrupsiya baxımından ilk pilləni Danimarkaya verməklə ikinci pillədə qərarlaşıb.

Kraliça II Yelizaveta Yeni Zelandiya monarxıdır və o parlament qanunlarını ratifikasiya etmək hüququna sahibdir.

Yeni Zelandiyada 1 nəfərə 9 qoyun düşür.

Yeni Zelandiya 1980-ci illərdən başlayaraq “nüvəsiz” statusuna sahibdir və hazırda adalarda 1 dənə belə olsun atom stansiyası yoxdur.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/projects/yolchu/171328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR