Xalq artisti qızı ilə ABŞ-da

Xalq artisti qızı ilə ABŞ-da
18:41 7 Oktyabr 2016
56 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova Amerikada konsert proqramı ilə çıxış edib.

Axşam.az xəbər verir ki, konsert proqramları zamanı ABŞ-ın Koliforniya ştatında “Mart Morris” rəqs qrupunun iştirakı ilə “Leyli və Məcnun” operası təqdim olunub.

“Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə baş tutan səhnə əsərində Məcnun rolunu Alim Qasımov, Leyli rolunu isə Fərqanə Qasımova ifa edib.

Qeyd edək ki, səfər çərçivəsində 11 konsert proqramı, həmçinin ustad dərsləri təşkil olunub. Oktyabrın 16-dək davam edəcək konsert proqramları zamanı A.Qasımovun ifasında muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnıları da səslənəcək.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR