"Deyəcəklər ki, bu qadın nə qədər yollarda olur" - Sakinləri ölümə aparan körpü - VİDEO - FOTO

"Deyəcəklər ki, bu qadın nə qədər yollarda olur" - Sakinləri ölümə aparan körpü - VİDEO - FOTO
18:42 7 Oktyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunun Soltan Mehtiyev Küçəsində ötürücü kanalın üzərində qurraşdırılan körpü sakinlər üçün təhlükəyə çevrilib.

ARB TV xəbər verir ki, hər gün körpünün üzərindən keçmək məcburiyyətində qalan sakinlərin sözlərinə görə, bir neçə dəfə körpüdən keçən avtomobillər su kanalına aşıb. Yaşlı piyadalar isə körpünün üzərində olan dəliyə düşərək müxtəlif xəsarət alıblar.

Sakinlərin sözlərinə görə onlar artıq bunu deməkdən belə utanırlar: "Yüz dəfələrlə durub-otururam. Özüm də utanıram, deyəcəklər ki, bu qadın nə qədər durub-oturur bu yollarda".

Digər sakinlər də bu körpünün olduqca təhlükəli olduğunu qeyd etdilər: "Uşaqlar üçün təhlükəlidir. Məcburuq bir maşın gələndə digəri gözləsin. Maşınları yenə gözləmək olar. Bəs uşaqlar. Onlar axı başa düşmür".

Sakinlər körpünün yararsız vəziyyətdə olması ilə bağlı adiyyəti orqanlara dəfələrlə müraciət etdiklərini bildirsələr də, hələ ki, cavab almadıqlarını deyirlər.

Problemlə bağlı İsmayıllı Rayon Bələdiyyəsindən bildirildi ki, sakinlərin uzaq məsafədən hərəkət etmələrinin qarşısını almaq üçün İsmayıllı Bələdiyyəsinin maliyyəsi hesabına suötürücü kanalın üzərində körpü salınıb.

Bələdiyyə sədri Pərviz Ağayevin sözlərinə görə, hazırda həmin körpü qənaətbəxş hesab olunmadığından körpünün qanuni bərpası üçün lahiyə smeta sənədləri hazırlanır və problem tezliklə aradan qalxacaq.

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/477204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR