Elmar Məmmədyarov İranın XİN nümayəndəsi ilə görüşüb

Elmar Məmmədyarov İranın XİN nümayəndəsi ilə görüşüb
18:47 7 Oktyabr 2016
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin təhsil və araşdırmalar üzrə müavini Seyed Kazem Sajjadpur ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və İran arasında dostluq və tərəfdaşlıq prinsipləri əsasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb.
Seyed Kazem Sajjadpur Azərbaycana səfəri çərçivəsində ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib.
Görüşdə iki ölkənin diplomatik təlim müəssisələri arasında əlaqələrin inkişafı, tələbə mübadiləsi və birgə seminar və konfransların keçirilməsinin vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/elmar-memmedyarov-i-ranin-xi-n-numayendesi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR