Norveç yığmasının baş məşqçisi: "Ümid edirəm ki, ot örtüyü rənglənməyəcək"

Norveç yığmasının baş məşqçisi: "Ümid edirəm ki, ot örtüyü rənglənməyəcək"
18:52 7 Oktyabr 2016
48 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Futbolçumuz Cuşua Kinqin vəziyyəti yaxşıdır. Sabahkı oyuna hazırdır. Yenidən Bakıya gəlməyimizə şadam. İki il əvvəl Bakıda Azərbaycanla oynamışdıq. Burada futbolun inkişafı bizi sevindirir. Yığmada oynayan futbolçuların əksəriyyətinin Avropa Liqasında oynayan klubların üzvləri olduğunu bilirik". 
"Report"un məlumatına görə, bunu bu gün təşkil olunmuş mətbuat konfransında Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.
- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?
- Qalib gəlmək istəyirik. Azərbaycanla oynadığımız son oyunda hesab açılmamışdı. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq.
- Azərbaycanla Bakıda əvvəlki oyununuz "Bakcell Arena"da olmuşdu. İndi isə böyük stadionda qarşılaşacaqsınız.
- Stadion çox gözəldir. Xoşbəxtik ki, görüş bu cür gözəl stadionda olacaq. Ümid edirəm ki, son görüşdə olduğu kimi ot örtüyü rənglənməyəcək.
- Əvvəlki Azərbaycan yığması ilə indiki Azərbaycan yığması arasında nə fərq var?
- Komandada inkişaf göz önündədir. İki ildir Robert Prosineçki komandaya məşqçilik edir. Heyətin əksəriyyəti "Qarabağ"ın üzvüdür. Onlar da Avropa Liqasında kifayət qədər təcrübə qazanıblar.
- Bakıya çarter reysi ilə gəlmisiniz və bu yerli mətbuat tərəfindən müsbət qarşılanmayıb. Düşünmürsünüz ki, məğlub qayıtsanız, ölkənizdə sizin üçün işlər heç də yaxşı cərəyan etməyə bilər...
- Bu, mənim üçün yeni məlumatdır və sizdən eşidirəm. Ümid edirəm ki, həmin təyyarə Bakıdakı hava limanında bizi gözləyir.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/norvec-yigmasinin-bas-mesqcisi-umid-edirem-ki-ot-ortuyu-renglenmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR