Bakıda kafedə dava: 3 nəfər bıçaqlandı

Bakıda kafedə dava: 3 nəfər bıçaqlandı
19:05 7 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Suraxanı rayonunun Qum adası ərazisində yerləşən "Kür" kafesində dava düşüb. 

Milli.Az report-a istinadən bildirir ki, nəticədə üç nəfər bıçaq xəsarətləri alıb.
Belə ki, 1990-ci il təvəllüdlü Musa Hüseynov sağ boyun və sol bud nahiyələrinin, eyni yaşlı Səbuhi Hüseynov sol dizin və 1986-ci il təvəllüdlü Oktay Yusifzadə qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzinə daxıl olublar.

Onlara bıçaq xəsarətləri yetirən şəxs hələlik məlum deyil.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR