8 aya qeyri-adi avtomobil hazırladı - İmişli sakinindən maraqlı ixtira - VİDEO - FOTO

8 aya qeyri-adi avtomobil hazırladı - İmişli sakinindən maraqlı ixtira - VİDEO - FOTO
19:27 7 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İmişli rayon sakini Tofiq Əzimov minik avtomobilini yük maşınına çevirib. 

ARB Aran xəbər verir ki, o, bunun üçün "Qaz-24", "Qaz-69" və digər avtomobillərin ehtiyat hissələrindən istifadə edib. 8 aya yeni görkəmdə başa gələn avtomobilin çəkisi 2 tondur. Elə çəkisi qədər də yük götürmə qabiliyyətinə malikdir. 

"Avtomobilin başa gəlməsi üçün xeyli zəhmət çəkilib", - deyə avtomobildə düzəliş edən Tofiq Əzimov bildirib. 

Tofiq Əzimov deyir ki, bir müddət əvvəl də belə bir avtomobil hazırlayıb. Həmin maşından 10 il istifadə edə bilib. Lakin o, artıq istifadəyə yaramadığından yenisini düzəltmək qərarına gəlib. 

"Əvvəlki avtmobil bir az yığcam olub. Yük yeri də balaca olub", - deyə avtomobildə düzəliş edən Tofiq Əzimov vurğulayıb. 

Tofiq Əzimov deyir ki, 2000 manat xərc çəkərək hazırladığı avtomobildən, əsasən, təsərrüfat işlərində faydalanır. O, gələcəkdə bu avtomobildən də yaxşısını hazırlamaq niyyətindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR