“Ümid edirik ki, sabah ot rənglənməyəcək” - Per-Matias Hoqmo

“Ümid edirik ki, sabah ot rənglənməyəcək” - Per-Matias Hoqmo
20:42 7 Oktyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıda yenidən olmağımıza görə xoşbəxtik. İki il əvvəl də burda rəsmi oyunda iştirak etmişdik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo deyib.

Norveçlilər DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaqlar.

Qarşılaşma öncəsi Bakı Olimpiya Stadionunda keçirilən mətbuat konfransında Hoqmo fikrini bu sözlərlə davam etdirib: "Azərbaycanda futbolun inkişafı bizi ancaq sevindirir. Məlumatımız var ki, yığmanız Avropa Liqasında çıxış edən futbolçulardan qurulub".

- Coşua Kinqin durumu necədi?

- Yaxşıdı, sabahkı oyuna hazırdı.

- Azərbaycana məğlubiyyət sizin üçün faciə olacaq?

- Əlbəttə ki, qalib gəlmək istəyirik. Son oyunumuz qolsuz bərabərliklə tamamlanmışdı. Sabah uğurlu nəticəyə ümid edirik.

- 68 min tutuma malik arenada çıxış edəcəksiniz. Bundan əvvəlki görüşü isə 8-ci km qəsəbə stadionunda keçirmişdiniz. Arenaların tutum fərqinin sizin üçün bir fərqi varmı?

- Stadion çox gözəldi. Xoşbəxtik ki, sabahkı görüş bu stadionda olacaq. Ümid edirik ki, sabah ot rənglənməyəcək. Çünki son görüşdə bu halla üzləşmişdik.

- Son oyunda qarşılaşdığınız Azərbaycan yığması ilə indiki arasında hansı fərqləri görmüsünüz?

- Komandada inkişaf göz önündədi. Yeni məşqçi artıq iki ildi yığmaya rəhbərlik edir. Əksər oyunçular "Qarabağ"ın formasını geyinir. Bu klub da Avropa Liqasında mübarizə aparır.

- Bakıya çarter reysi ilə gəlmisiniz və bu, narazılıqla qarşılanıb. Düşünmürsüz ki, məğlub qayıtsanız, daha böyük narazılıq yarana bilər?

- Bu, mənim üçün yeni məlumatdı. Ümid edirəm ki, həmin təyyarə bizi Bakı Hava Limanında gözləyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR