Balotellinin qırmızı vərəqəsi ləğv edildi

Balotellinin qırmızı vərəqəsi ləğv edildi
21:17 7 Oktyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Fransa Liqasında "Loryen"lə görüşdə meydandan uzaqlaşdırılan "Nitsa"nın hücumçusu Mario Balotellinin aldığı qırmızı vərəqə ləğv edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunun baş hakimi Olivye Tyüalin italiya futbolçuya göstərdiyi ikinci sarı vərəqədə  səhvə yol verdiyini bildirməsindən sonra Fransa Futbol Federasiyası bu qərarı verib.

Beləliklə, Balotelli Fransa Liqasının 9-cu turunda "Lion"a qarşı oynaya biləcək.

Qeyd edək ki, Balotelli sözügedən çempionatda bu mövsüm 5 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR