Məşhur rejissor vəfat edib

14:05 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Radikal kinorejissor Rene Votye vəfat edib.
 
Kulis.az-ın məlumatına görə,  86 yaşlı kinematoqrafçının ölümü haqqında mətbuata onun qohumları xəbər veriblər.
 
Votye fransız koloniyaçılığının tənqidçisi idi. O, 1972-ci ildə çəkilmiş “20 il Oresdə” filmi ilə tanınıb. Film Əlcəzair müharibəsi zamanı fransız hərbçilərinin qəddarlığından bəhs edir.
 
Votyenin bu və ya digər filmləri uzun illər  rejissorun hakimiyyətlə konfliktinə səbəb olub. Bir çox filmləri qadağan olunub və elita tərəfindən boykot olunub. 50-ci illərdə Votye “Afrika 50” adlı sənədli filminə görə həbsə də salınıb. Bu film Afrikanın şimalındakı koloniyalarda fransız hakimiyyət orqanlarının fəaliyyətinə həsr olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR