"Komanda hər 3 xala mükafat alır" - Elxan Məmmədov

"Komanda hər 3 xala mükafat alır" -  Elxan Məmmədov
21:47 7 Oktyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün millimizin Norveçlə oyun qabağı son məşqçisini izləmək üçün “Olimpiya” stadionuna gələn jurnalistlərin suallarını cavablandır. 


- Sabahkı oyunla bağlı fikirlərinizi bilmək maraqlı olardı...


- Bu seçmə mərhələdə Bakıda ilk oyunumuzdur.  Azarkeşlər 3 xal gözləyir. Nəzərə alaq ki, ötən seçmə mərhələdə də Norveç millisi ilə oynadıq. Evdə uduzsaq da, səfərdə heç-heçə etdik və həmin oyunda baş məşqçi elə Robert Prosineçi idi. Futbolçuların da 90 faizi həminkilərdi. Azarkeşləri tribunalara dəvət edirik. 30-35 insan “Olimpiya” stadionunda elə də çox görünmür. Bizə də lazımdı ki, rəqib meydançaya daxil olanda, azarkeşlərin səsindən onlarda həyəcan, təzyiq olsun.


- AFFA prezidenti Rövnəq Abdullayevi bir qədər əvvəl milli üzvləri ilə görüşdü. Nələrdən danışıldı, nələr və olundu mükafat anlamında?


- Təlim-məşq toplanışında da görüş olmuşdu. İndi də ziyarət etdi. Bildirdi ki, ilk 3 xalımızı qazanmışıq, sabah da qalib gəlməliyik. AFFA rəhbərliyi, azarkeşlər, hər kəs qələbə gözləyir. Burda deməliyəm – niyə də yox! (gülür)


- Turnir cədvəlində 2-ci pillədəyik. Millimizi mövqeyin qoruya biləcək?


- Mümkündür. Əsas olan bizim qalib gəlməyimizdir.


- Almaniya uduzsa, biz qalib gəlsək, ilk pilləyə yüksələcəyik.


- (gülür) Bu bir az çətin məsələdir. Bir tərəfdən müsbət haldır, heç kim almanlardan xal almayacaq. 2 və 3-cü yerlər uğrunda mübarizə gedəcək.


- Özünüz də qeyd etdiniz ki, “Olimpiya” stadionunu doldurmaq çətindir. Olmazdı ki, Norveçi 30 min nəfər tutumu olan “Tofiq Bəhramov”da qəbul edək? 


- Bunu məmnuniyyətlə istərdim. Ancaq biz 2020-ci ilə qədər bu stadionu yoxlamalıyıq.  Nə qədər çox oyun olsa, bir o qədər yaxşıdır. Bu, həm də UEFA-nın tövsiyəsidir. Digər tərəfdən, orada hazırda həm ot örtüyü yaxşı deyil, həm də “Qarabağ” rəqiblərini qəbul edir.


- FİFA prezidentinin sizə vəzifə təklif etməsi və imtina etmənizlə bağlı xəbər çıxıb. Doğrudu?


- İcazə versəydiniz, bu suala cavab verməzdim. Çünki şəxsi məsələdir.


- San Marino ilə oyunda qələbəyə görə mükafat verilmədi. Bəs, qarşıdakı oyuna necə?


- Bizdə bir sistem var. Sistem ondan ibarətdir ki, komanda hər 3 xala mükafat alır. Lakin seçmə mərhələdə pley-offa və ya final mərhələsinə vəsiqə qazansa, əlavə mükafat da alacaqlar. Unutmayaq ki, millidə oynayan futbolçular heç vaxt mükafat məsələsini qaldırmayıblar. Lakin onlar AFFA-dan maaş almır, ona görə də mükafat veririk ki, stimul olsun.


- Sizcə, azarkeş sayı baxımından problem olmaz?


- Olmamalıdır. Həftəsonudu, biletlər ucuzdu. Hər kəsi stadiona çağırırıq. İstərdik ki, stadionun ən azı 70 faizi dolsun.


- Bir neçə gün öncə Londonda mükafat aldınız, təbrik edirik...


- Çox sağ olun. İyun ayında mənə məktub gəldi ki, nominasiyada varam. Açığı, rəqiblərim güclü idi. Optimist deyildim. Sevindirici haldır ki, məni layiq gördülər, Azərbaycanın adı çəkildi.


Fanat.Az

 

   



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotkomanda-hr-3-xala-mukafat-alrquot-t53164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR