Kəşmirdə bir hind polisi öldürülüb, iki nəfər yaralanıb

Kəşmirdə bir hind polisi öldürülüb, iki nəfər yaralanıb
22:12 7 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Cümə günü Hindistanın Cammu və Kəşmir ştatında yaraqlıların polis postuna hücum etməsi nəticəsində ən azı bir asayiş keşikçisi ölüb, bir polis və bir dinc sakin yaralanıb.
"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.
Hücum ştatın cənubunda yerləşən Şopian dairəsində baş verib. Bir qrup terrorçu polis postuna hücum edib, daha sonra gizlənib.
Hakimiyyət orqanlarının fikrincə, yaraqlılar silah əldə etmək niyyətində olublar.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/kesmirde-bir-hind-polisi-oldurulub-iki-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR