Kərəmə partnyor tapıldı - foto

Kərəmə partnyor tapıldı - foto
23:01 7 Oktyabr 2016
67 Şou
Ölkə mətbuatı
A- A+

“3 aptal” filmində baş rolda oynayacaq Kərəm Bürsinə tərəf müqabili tapılıb.

Axşam.az acunn.com-a istinadən xəbər verir ki, uzun axtarışlardan sonra Kərəmə partnyor olaraq Ezgi Eyüboğlu ilə razılaşma əldə edilib.

“Hollivud”un “3 idiots” filmi əsasında çəkiləcək “3 aptal”ın baş rolları müəyyənləşsə də, məkanla bağlı problemlər həllini tapmır.

Filmi çəkəcək “Limon Yapım” şirkəti ssenariyə uyğun məkan tapılmadığı üçün çəkilişləri təxirə salıb.

Məkan tez tapılarsa filmin qış aylarında təqdim edilməsi gözlənilir. Əks təqdirdə gələn ilin yazında nümayişə çıxacaq.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR