Yaponiyada Aso vulkanı püskürüb

Yaponiyada Aso vulkanı püskürüb
23:22 7 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Cümə günü Yaponiyanın Küsü adasında Aso vulkanı püskürməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Kumamoto prefekturasında yerləşən Aso Yaponiyanın fəaliyyətdə olan ən böyük vulkanıdır. O, həmçinin dünyanın da ən böyük vulkanlarından biri hesab olunur.
Asonun bundan əvvəl kiçik püskürməsi cari ilin aprel ayında baş verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR