Moskvada sərgi mərkəzində partlayış həyəcanı

Moskvada sərgi mərkəzində partlayış həyəcanı
23:29 7 Oktyabr 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə "lifenews" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

Məlumatda əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.

 

Bundan qabaq isə partlayış təhlükəsi ilə əlaqədar Krokus Ekspo sərgi mərkəzinin yaxınlığında yerləşən azərbaycanlı iş adamına məxsus Vegas City Hall ticarət mərkəzi təxliyyə olunub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255927

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR