"İstənilən rəqibə qarşı oynaya bilirik"

"İstənilən rəqibə qarşı oynaya bilirik"
23:42 7 Oktyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Norveç oyunundan öncə mətbuat konfransı təşkil olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Maksim Medvedev oyunun vacibliyindən danışdı: "Bu oyunun bizim üçün nə dərəcədə vacib olduğunu çox yaxşı anlayırıq. Seçmə mərhələnin ilk oyununda San Marino yığmasına qalib gəlmişik. Yolumuza elə beləcə də davam etmək istəyirik. Bilirik ki, Norveç yığması ilə San Marino komandasının gücünü eyniləşdirmək olmaz. Amma biz də yaxşı hazırlaşmışıq və son dövrlərdə göstərmişik ki, istənilən rəqibə qarşı oynaya bilirik. Sabah da uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR