Qan azlığı olanlar mütləq oxusun - Hematoloqla MÜSAHİBƏ

Qan azlığı olanlar mütləq oxusun - Hematoloqla MÜSAHİBƏ
23:57 7 Oktyabr 2016
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Son zamanlar qan xəstəlikləri insanların qorxulu yuxusuna çevrilib desək yanılmarıq. Bəs bu xəstəliklərin vaxtında aşkar edilməsinin və düzgün diaqnoz qoyulmasının nə kimi müsbət təsirləri var?

Milli.Az bildirir ki, lent.az bu və digər suallara cavab tapmaq üçün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynovla söhbətləşib.

- Valeh doktor, son vaxtlar daha çox yayılmış qan xəstəlikləri hansılardır?
 
- Ümumiyyətlə, qan xəstəlikləri iki böyük qrupa bölünür: bəd xassəli qan xəstəlikləri (buna xalq arasında qan xərçəngi də deyilir) və qanın bəd xassəli olmayan digər xəstəlikləri. Qanın ikinci qrupa aid edilən xəstəliklərini də bir neçə qrupa bölmək olar. Bunlara irsi (talassemiya) və qazanılmış qan xəstəlikləri, qanın laxtalanma problemi, müxtəlif mənşəli qan azlığı və s. aid edilir.

Son zamanlar bizə qan azlığı problemi ilə üz tutan xəstələrin sayı daha da çoxalıb. Qan azlığının yaranmasının əsas səbəbləri çox müxtəlifdir. Qanda dəmirin və bəzi vitaminlərin  çatışmaması nəticəsində yaranan qan azlığı ilə yanaşı, qanaxma və digər xəstəliklərlə əlaqədar yarananlara da çox rast gəlinir. Qanın tərkibində bəzi maddələrin əmələ gəlməsi nəticəsində qanda parçalanma dediyimiz "hemolitik" anemiyalar yaranır. Hemolitik anemiyalar irsi və qazanılmış ola bilər.
 
Qan azlığı olan xəstələrdə hemoqlobinin səviyyəsi aşağı olur, buna anemiya deyilir. Hemoqlobinin səviyyəsi aşağı olduğu halda, həmin xəstələr həkimə müraciət etməli, onlarda bunun əsas səbəbi aşkar edilməlidir. Bəzən bu xəstəliyin səbəbi digər xəstəliklərdən də qaynaqlana bilir. Məsələn, qaraciyər, böyrək, mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, həmçinin yoluxucu xəstəliklər nəticəsində də qan azlığı yaranır. Ona görə də qan azlığı aşkar edilən xəstələrdə mütləq yanaşı əlamətləri də yoxlamalıyıq. Əsasən də limfa düyünlərinin və dalağın böyüyüb-böyümədiyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə göstərilən problemlər varsa, bu zaman mütləq qanın bədxassəli xəstəlikləri araşdırılmalıdır.

Qan azlığı ilə müraciət edən xəstələrdə ən çox rast gəldiyimiz dəmir defisitli anemiyalardır. Bu zaman mütləq qanda dəmirin miqdarı, eyni zamanda "depo dəmiri" deyilən ferritinin miqdarı yoxlanılmalıdır. Əgər göstərilən komponentlərin səviyyələri aşağıdırsa, belə xəstələr dəmir defisitli anemiya səbəbi ilə bir neçə ay müalicə olunmalıdırlar.

Bəzən dəmirin səviyyəsi normal olur, amma xəstələrdə "mikrostar" deyilən, qan azlığı meydana çıxır. Bu da talassemiya daşıyıcılığına işarə verə bilər. Ona görə bu növ xəstələrdə mütləq irsi xəstəliklərin olub-olmadığı yoxlanılmalıdır.
Anemiyaların digər səbəblərindən biri də qeyd etdiyimiz kimi, bəd xassəli qan xəstəlikləridir. Bu zaman qana xas olmayan və nadir görünən hüceyrələrin (atipik hüceyrələr) qanda olub-olmadığı müəyyən edilir. Həmin xəstələrdə limfa düyünlərinin, daxili orqanların (xüsusilə də dalağın) və sümük iliyinin müayinəsi aparılmalıdır.

Bildiyimiz kimi, qanda olan ana hüceyrələr və onların yaranması sümük iliyində olur. Ona görə də sümük iliyində nə baş verdiyini bilmək üçün onu "biopsiya" və ya "aspirasiya" deyilən müayinələrlə yoxlamaq lazımdır. Xəstənin diaqnozunun düzgün qoyulması sümük iliyinin dəqiqliklə müayinəsindən birbaşa asılıdır.
 
- Bəd xassəli qan xəstəliklərinin əlamətləri nədir?
 
- Bu xəstələrdə daha çox səbəbsiz hərarətin olması, çəkinin azalması, qan azlığının yaranması, dalağın böyüməsi, bədəndə qansızmaların olması, bəzən isə bir bölgədə böyümüş limfa düyünü bu xəstəliyin əsas əlamətləri ola bilər. Yorğunluq, halsızlıq, sümük ağrıları da bəd xassəli qan xəstəliklərində rast gəlinir.

Bu xəstəliklər zamanı insanların böyük əksəriyyəti immun sisteminin zəifləməsi nəticəsində infeksiya hallarına yoluxma ilə müraciət edirlər. Məsələn, müraciət edən çox insan uzun müddət boğaz, sümük ağrılarından, tez-tez qripə yoluxma hallarından əziyyət çəkirlər. Onlar buna qarşı müalicələr edirlər, amma nəticədə sağalmırlar. Bunu araşdıran zaman immun sistemini zəiflədən hallar ortaya çıxır.

Bəzən qan azlığı və sümük ağrıları olan xəstələr, revmatik və infeksion xəstəliklər kimi uzun müddət müalicə olunur və gecikmiş halda artıq hematoloqlara müraciət edirlər. Məsləhətim odur ki, insanlar dəqiqləşdirilməmiş diaqnozla müalicə almasınlar. Bu, bizim tez-tez rastlaşdığımız mənzərədir. Bu hal xüsusilə bölgələrimizdə daha geniş yayılıb. Ona görə də insanlar arasında bu xəstəliklə bağlı maarifləndirmə işləri genişləndirilməlidir.  Çünki düzgün və vaxtında qoyulmuş diaqnoz xəstənin şəfası deməkdir.
 
- Qan azlığı olan xəstələrin ilkin müalicəsi hansı şəkildə aparılır?
 
- Əgər xəstə müayinə olunub və diaqnoz dəqiqləşibsə, ilkin müalicələrə başlamaq lazımdır. Amma qan azlığının profilaktikasından danışırıqsa (söhbət ən çox rast gəlinən  "dəmir defisitli" anemiyalardan gedir), bu zaman mütləq qidalanmaya fikir vermək lazımdır. Dəmirlə zəngin olan qidalar (ət məhsulları və meyvələr) gündəlik qida rasionunun əsas tərkib hissəsini təşkil etməlidir.
 
- Belə xəstələr ən çox nələrə diqqət etməlidir?
 
- Onlar qidalanmaya, düzgün şəkildə istirahətə və yuxunun normal olmasına önəm verməlidirlər. Bir çox qan xəstəliklərinin yaranmasında şüalanmanın, radiasiyanın, immun sisteminin zəifləməsinin, bəzi virusların, kimyəvi maddələrin və s. rolu böyükdür. Ona görə də insanlar öz həyat tərzinə, qidalanmasına fikir verməlidir. Bu, təkcə qan xəstəliklərinin deyil, bir çox xəstəliklərin qarşısının alınmasında çox böyük əhəmiyyət kəsb edir. Ən önəmli məsələlərdən biri də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçmələridir. Hər bir şəxs heç olmasa ildə bir dəfə bütün müayinələrdən keçərək orqanizmində nələrin baş verdiyindən xəbərdar ola bilər.
Onu da xüsusi qeyd edim ki, xərçəng xəstəliyində nə qədər tez diaqnoz qoyularsa, müalicə daha effektiv olar və müsbət nəticə əldə edilər. Təbii ki, düzgün edilən müalicə ən vacib amildir və bu da xəstəlikdə uğurlu nəticənin təminatıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28

Putin aviasiya komandanını ordudan qovdu

26 Sentyabr 2017 19:24

Rusiya İŞİD-in Suriyadakı obyektlərini bombaladı

26 Sentyabr 2017 19:23

Zakir Həsənov Appaturayla görüşüb

26 Sentyabr 2017 19:14

Qurban Qurbanov -

26 Sentyabr 2017 19:10

Rumın hücumçu rəsmən "Səbail"də - FOTO

26 Sentyabr 2017 19:07

14 yaşlı qızların nişanlanaraq məktəbi tərk etməsi XƏBƏRİNƏ RƏSMİ REAKSİYA

26 Sentyabr 2017 19:03

Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilib

26 Sentyabr 2017 19:02

Demet Akalın Aygün Kazımovadan oğurluq edib? - VİDEO

26 Sentyabr 2017 18:58

Qurban Qurbanov: "Çalışacağıq ki..."

26 Sentyabr 2017 18:53

Bütün yollar "Qarabağ" - "Roma" oyununa aparır - PAYTAXTDA XÜSUSİ HAZIRLIQ

26 Sentyabr 2017 18:49

Siyasətin ən yüksək zirvəsini FƏTH EDƏN, kişilərə meydan oxuyan QADINLAR - FOTO

26 Sentyabr 2017 18:43

Gəncədə 2 nəfər bıçaqlanıb

26 Sentyabr 2017 18:37

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

26 Sentyabr 2017 18:33

Tofiq Sarıcalinski ordenlə təltif edildi

26 Sentyabr 2017 18:33

Bakıda "Transfer qiyməti: tətbiqi və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirilib

26 Sentyabr 2017 18:32

MTRŞ sədri ATV-dəki rəhbər dəyişikliyindən danışdı: "Dəfələrlə demişdik"

26 Sentyabr 2017 18:29

Musiqi Mədəniyyəti Muzeyinin direktoru və əməkdaşları təltif edildi

26 Sentyabr 2017 18:24

Azərbaycanda Afrika taunu təhlükəsi?

26 Sentyabr 2017 18:23

"SOCAR Trading": Dünya bazarında neftin qiyməti 40-60 dollar/barel olacaq

26 Sentyabr 2017 18:22

Dillər universitetində aksiyaya görə tələbələr qovulub? - AÇIQLAMA

26 Sentyabr 2017 18:19

Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edildi

26 Sentyabr 2017 18:16

Fransa prezidentinin azərbaycanlı tərcüməçisinin NÖVBƏTİ UĞURU

26 Sentyabr 2017 18:13

ATV-də köklü dəyişikliklər olacaq?

26 Sentyabr 2017 18:13

Təhsil naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

26 Sentyabr 2017 18:12

Yol tikintisi üçün maliyyə vəsaiti ayrıldı

26 Sentyabr 2017 18:10

Araz Abdullayevin başına nə gəlib? - SƏBƏB

26 Sentyabr 2017 18:07