Soyuqdəyməni və qrippi müalicə edən MÖCÜZƏLİ BİTKİ

Soyuqdəyməni və qrippi müalicə edən MÖCÜZƏLİ BİTKİ
00:05 8 Oktyabr 2016
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Qara gəndalaş bitkisi çox faydalı müalicəvi bitkisir. Bu bitki soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, tərlədir, intoksikasiyanın əlamətlərini (əzələ, oynaq ağrıları) azaldır, immuniteti möhkəmləndirir, sağalmanı tezləşdirir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, İsrail həkimləri qripp epidemiyası zamanı qara gəndalaşın təsiri yoxlamaq üçün xüsusi eksperiment aparıblar. Qripp xəstələrinin 1 qrupuna hər gün 4  qaşıq qara gəndalaş ekstraktı, digər qrupa plasebo (boş həb) verilirdi. 3 gündən sonra qara gəndalaş qəbul edən xəstələrin vəziyyəti yaxşılaşıb, qrippin simptomları (hərarət, əzələ ağrıları və s.) xeyli azalıb.

Plasebo alan xəstələrin arasında yaxşılaşma əlamətləri daha az idi.
Qripp və soyuqdəymə zamanı qara gəndalaşdan müalicəvi dəmləmə hazırlayın. 3 x.q. meyvə axşamdan termosda yarım litr isti suda dəmlənilir, səhər süzülür və gün ərzində çay kimi içilir. Dəmləməyə bal əlavə etmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/476964.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR