Ağalarovun obyektində partlayıcı tapıldı - fotolar

Ağalarovun obyektində partlayıcı tapıldı - fotolar
01:51 8 Oktyabr 2016
74 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın xüsusi xidmət orqanları Moskvanın Krasnoqorsk rayonunda yerləşən “Krokus Ekspo” mərkəzində partlayıcı maddəni operativ şəkildə aşkar edərək zərərsizləşdiriblər.

Axşam.az virtualaz.org-a istinadən xəbər verir ki, “Krokus”da çantanın içərisində kustar üsulla hazırlanmış partlayıcı maddə tapılıb.

Məlumata əsasən, maddə mərkəzdəki ayaqyolulardan birində aşkar edilib. Bəzi mənbələrə əsasən, bu üsulla cinayətkarlar hazır partlayıcı maddəni bir-birilərinə ötürmək istəyiblər:

“Federal Təhlükəsizlik Xidmətinə məlumat daxil olmuşdu ki, “Krokus Ekspo”da terror aktı hazırlanır. Bundan sonra hadisə yerinə xüsusi texnika, minaaxtaranlar və kinoloqlar cəlb edilmişdi. Mərkəzin qonaqları və əməkdaşları təxliyyə edilib”, - bunu hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Mərkəzdə olanlar tam təxliyyə edildikdən sonra xüsusi xidmət orqanlarının əməkdaşları partlayıcı maddəni götürərək FTX-nin laboratoriyasına aparıblar. Burada həmin maddənin tərkibi aydınlaşdırılacaq.

Partlayıcı maddənin fotoşəkli də dərc olunub. Qeyd edilir ki, fotoda görünən qurğunun yalnız bir hissəsidir.

Qeyd edək ki, “Krokus Ekspo” azərbaycanlı iş adamı Araz Ağalarova məxsusdur.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR