“Bandotdel”dən əməliyyat

“Bandotdel”dən əməliyyat
14:06 5 Yanvar 2015
145 Sosial
Ölkə mətbuatı
A- A+

Masazır sakinindən külli miqdarda narkotik götürülüb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi “Mercedes” markalı avtomobildə 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilib.

Narkotik vasitələrin haradan və kimdən alındığı araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı araşdrma aparılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=317809

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR