“Azərxalça” ASC-nin nizamnamə və strukturu təsdiq edilib

“Azərxalça” ASC-nin nizamnamə və strukturu təsdiq edilib
06:27 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli 2032 nömrəli Sərəncamının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə i qərar qəbul edib.
"Report" xəbər verir ki, Baş nazir Artur Razi-zadənin imzaladığı qərar ilə “Azərxalça”nın nizamnamə və strukturu təsdiq edilib.
Nizamnaməyə görə, ASC-nin bütün səhmləri dövlətə məxsusdur və onun aparatı, törəmə cəmiyyətləri, idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir. Həmçinin Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.
Cəmiyyətin əsas məqsədləri və fəaliyyət istiqamətləri xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.
ASC-nin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir və onun əmlakının dəyəri onun balansında göstərilir.
Cəmiyyətin ali idarəetmə orqanı isə onun səhmdarlarının ümumi yığıncağıdır. Onun müşahidə şurası ASC-nin fəaliyyəti üzərində ümumi rəhbərliyi və nəzarəti həyata keçirən və icra səlahiyyətlərinə malik olmayan orqandır.
Eyni zamanda İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
Cəmiyyətin yenidən təşkili və ləğvi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.
Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/azerxalca-asc-nin-nizamname-ve-strukturu-tesdiq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR