“Galaxy Note 7” yandı, təyyarə boşaldıldı

“Galaxy Note 7” yandı, təyyarə boşaldıldı
08:42 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Luisvill şəhərindən Baltimora uçmağa hazırlaşan, "Southwest Airlines" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri uçuşa az qalmış təxliyyə edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb təyyarənin içərisində "Samsung Galaxy Note 7" smartfonunun öz-özünə alışaraq tüstülənməsidir. Ümumilikdə 75 sərnişin təyyarədən çıxarılıb. Smartfonun yerə düşməsindən sonra təyyarənin döşəməsindəki xalının kiçik hissəsinə zərər dəyib.
 
Maraqlıdır ki, smartfonun sahibi qüsur aşkarlanan "Galaxy Note 7"ni iki həftə əvvəl yenisi ilə dəyişdiribmiş.
 
Sentyabrın əvvəlində "Samsung" öz müştərilərinə müraciət edərək "Galaxy Note 7"ni söndürməyi və tezliklə yenisi ilə dəyişdirməyi məsləhət görüb. Şirkətdən smartfonların öz-özünə alışması və partlamasını batareyadakı qüsurla izah ediblər.
 
Xatırladaq ki, ötən həftə ABŞ-ın Detroyt şəhərindən Hollandiyaya uçan sərnişin təyyarəsi "Samsung" planşetinin yanması ilə əlaqədar İngiltərəyə məcburi eniş etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/476806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR