1,5 ton kokain müsadirə edildi

1,5 ton kokain müsadirə edildi
08:52 8 Oktyabr 2016
38 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın sərhəd xidməti Dominikan Respublikası sahillərində 1,5 tonluq kokain partiyasını müsadirə edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, külli miqdarda narkotik maddə daşıyan gəmi San-Pedro-de-Makoris şəhərindən 70 km aralıda saxlanılıb.
 
Məlumata əsasən, müsadirə olunan narkotik maddənin "qara bazarda" qiyməti 36 mln. dollar təşkil edir.
 
Gəminin göyərtəsində olan 4 Venesuela və Dominikan Respublikası vətəndaşı həbs olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR