Məşhur "Kapalıçarşı"da 600 mağaza bağlandı - FOTO

Məşhur "Kapalıçarşı"da 600 mağaza bağlandı - FOTO
09:37 8 Oktyabr 2016
14 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən qədim ticarət mərkəzlərindən olan İstanbul "Kapalıçarşı"da mağazalar turizmdə yaşanan sıxıntılar səbəbindən bir-birinin ardınca bağlanır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, işlərin yolunda olduğu vaxtda gündə 500 min nəfərin axın etdiyi Kapalıçarşıda satıcılar artıq "siftə" də edə bilmirlər. Turizmdəki dönüş əsasən ticarət mərkəzlərini "vurur" və İstanbul "Kapalıçarşı"dakı 3600 mağazadan 600-ü artıq bağlanıb.

Kapalıçarşı sahibkarlar dərnəyinin sədri Hasan Fırat ay sonuna bu rəqəmin 1000-ə çatacağını bildirib. O qeyd edib ki, il sonuna qədər mağazalardan 1500-nün bağlanacağı gözlənilir.
 
Hasan Fırat bildirib ki, İstanbula gələn turistlər üçün "Kapalıçarşı" vazkeçilməz idi: "Bu ilin yanvarından turist sayının kəskin azalmasına baxmayaraq, mağaza sahibləri çətin günlərin keçib getməsini gözləyirdilər ki, 15 iyulda çevrilişə cəhd oldu. Bura əsasən xarici vətəndaşlar gəlirdi. Onlar da hədiyyə üçün çanta, zərgərlik əşyaları alırdılar. Türislər gəlmədikdə qızıl, hədiyyə mağazaları satış edə bilmədi və ilk bağlanan dükanlar da elə onlar oldu".
 
Hasan Fırat bildirib ki, bir neçə il əvvəl burada mağaza açmaq istəyən iş adamları yüksək məbləğlər ödəyirdilər: "İndi jalüzi çəkilən bir mağazanın yerinə yeni kirayəçi tapa bilmirik. Aylardır boş qalan dükanlar, kirayə haqqını ödəyə bilməyən sahibkarlar var. Burada 25 min adam işləyir. Əvvəllər bu rəqəm 35 min idi. Artıq mağaza sahibi işçinin həftəlik əmək haqqını da ödəyə bilmir".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR