"Qəbələ"nin üzvü oynadı, komandası darmadağına sevindi

"Qəbələ"nin üzvü oynadı, komandası darmadağına sevindi
09:42 8 Oktyabr 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsi davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Estoniya millisi də növbəti matçını keçirib.

"Probaltika"lıar qrupdakı ikinci oyununda Cəbəllütariqi qəbul edib. Matç estonların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 
"Qəbələ"nin hücumçusu Sergey Zenyov bu oyuna start heyətində başlayıb. Ancaq onun 90 dəqiqə oynamasına gərək olmayıb. Belə ki, hesabda irəli çıxandan sonra baş məşqçi onu 65-ci dəqiqədə əvəzləməyi lazım bilib.
 
Qeyd edək ki, 2 turdan sonra hesabında 3 xal olan Estoniya millisi qrupda dördüncü pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/477290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR