Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 2014-cü ildə 12,5 milyon dollar artıb

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun vəsaiti 2014-cü ildə 12,5 milyon dollar artıb
14:07 5 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 13:55 ]

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsaitin həcmində son 1 ildə 9 848 588 manat (12 576 417 ABŞ dolları) artım olub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1 yanvar 2015-ci il tarixinə Fondun manat hesabındakı vəsait 60 603 102 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 211 791 dollar, Avro hesabındakı vəsait 593 Avro təşkil edib. Fondun ABŞ dolları, Avro və Rus rublu ilə hesablarına son bir ildə vəsait daxil olmayıb.

 

Ümumilikdə Silahlı Qüvvələrinə Yardım Fondunun toplam vəsaiti 77 502 556 ABŞ dollarına çatıb.

 

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368030

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR