Prezident İlham Əliyevin 2016-cı ilin 9 ayının
yekunlarına dair Nazirlər Kabinetinin dünən keçirilən iclasında
çıxışı Türkiyə mediasına maraqla qarşılanıb.
Publika.az xəbər verir ki, Türkiyə mediası
Azərbaycan prezidentinin “müsəlmanlara “dur” deyənlərəmi
inteqrasiya olmalıyıq? Müsəlman miqrantlara iki standart tətbiq
edənlərimi inteqrasiya olmalıyıq? Müsəlmanları qəfəsdə tutanlarmı
inteqrasiya olmalıyıq?” sözlərinə geniş yer verib.
Azərbaycan liderinin Yaxın Şərqdə baş verənlər, miqrant problemi və
Avropada radikal siyasi partiyaların güclənməsi haqqında
fikirlərinə yer verən Türkiyə mediası bu xəbəri “Qardaş da qaşını
qaldırdı: sərt sözlər” manşetləri ilə veriblər.
Asif