"Qəbələ"nin üzvü oynadı, komandası 4 qol vurdu

"Qəbələ"nin üzvü oynadı, komandası 4 qol vurdu
10:57 8 Oktyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

"DÇ-2018" seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçrilib. Fanat.Az xəbər verir ki, "Qəbələ"nin üzvü Sergey Zenyovun çıxış etdyii Estoniya millisi Cəbəllütariqi qəbul edib.


Oyun estoniyalıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zenyov meydana start heyətində çıxıb və 65-ci dəqiqədə Henrik Oyamaa tərəfindən əvəzlənib.


Qeyd edək ki, "Neftçi", "İnter" və "Rəvan"ın sabiq üzvü, hazırda Estoniyanın "İnfonet" klubunda forma geyinən Dmitri Kruqlov da matçın iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana çıxıb.


Estoniya millisi oktyabrın 10-da Yunanıstanı qəbul edəcək.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquotnin-uzvu-oynad-komandas-4-qol-vurdu-t53177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR