İslandiya Azərbaycana sərmayə yatıracaq

İslandiya Azərbaycana sərmayə yatıracaq
11:12 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"İslandiyanın "CreditInfo" şirkəti yaxın aylarda Azərbaycanda əhəmiyyətli sərmayələr qoymağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "CreditInfo"nun biznes inkişafı üzrə direktoru Pol Rendel Bakıda keçirilən VIII Azərbaycan Mikromaliyyə Konfransında deyib.

Onun sözlərinə görə, ölkədə özəl kredit bürosunun yaradılması çərçivəsində birgə "CreditInfo Azerbaijan" şirkəti təsis ediləcək: "Onu səhmdarları banklar, mikromaliyyə təşkilatları və digər strukturlar olacaqlar".

P.Rendel qeyd edib ki, "Özəl kredit bürosu" haqqında qanun layihəsi yaxın həftələrdə Azərbaycanda qəbul ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/477332.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR