Abşeronda "Mercedes" yanıb

Abşeronda "Mercedes" yanıb
11:17 8 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Mercedes" markalı avtomobil yanıb.
"Report"un xəbərinə görə, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, Bağırov Müşviq Mohi oğluna məxsus 90 FS 530 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olan zaman anidən alovlanmağa başlayıb. Sürücü M. Bağırov dərhal avtomobildən çıxaraq ərazidən uzaqlaşıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Muhafizə Xidmətinin (DYMX) əməkdaşları gəlib. Alovun avtomobilin benzin çəninə yaxınlaşmasının qarşısı alınıb. Buna baxmayaraq, nəqliyyat vasitəsi yararsız hala düşüb
İlkin ehtimala görə, yanğına səbəb avtomobilin mühərrik hissəsində olan nasazlıqdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR