Gülən tərəfdarlarının Azərbaycandakı yeni media orqanı - FOTO

Gülən tərəfdarlarının Azərbaycandakı yeni media orqanı - FOTO
11:22 8 Oktyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş vermiş uğursuz 15 iyul hərbi çevriliş cəhdində təqsirləndiriən və "FETÖ" adlandırılan şəbəkənin rəhbəri, həmçinin hərbi çevriliş cəhdini təşkil etməkdə günahlandırılan Fətullah Gülənin azərbaycanlı tərəfdarları yeni media orqanı təsis ediblər. 

Milli.Az xitab.az-a istinadən bildirir ki, təsisçilərdən biri olan Anar Qaraxançallı qeyd edib ki, onlar "Azermedia MMC"ni təsis ediblər və "Yeni Avaz" qəzetini satın alıblar. Bu gün qəzetin yeni komanda ilə ilk sayı işıq üzü görüb.

Qəzetin sosial mediada yayımlanmış üz qabığının fotosu

Oxucuların diqqətinə çatdıraq ki, Anar Qaraxançallı Fətullah Gülənin və şəbəkəsinin ən böyük media quruluşlarından biri olan "Zaman" qəzetinin yerli filialı olan "Zaman-Azərbaycan"ın həmtəsisçilərindən biridir. Qardaş ölkədəki məlum hadisələrdən sonra, 20 iyul tarixində A.Qaraxançallı təsisçilər adından bəyanat yayaraq, qəzetin və "zaman.az" saytının fəaliyyətini dayandırıldığını bildirmişdi. Bəyanatda deyilirdi: 

"Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz - "Zaman-Azərbaycan" qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən "Zaman-Azərbaycan" qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik.

Təsisçilər:
Anar Qaraxançallı
Ürfan Məmmədli
Pənah Abdurahmanlı".

Maraqlısı odur ki, yeni təsis edilən qəzetin yazarları əksəriyyətlə elə "Zaman-Azərbaycan"ın kollektividir. "Yeni Avaz" saytının elektron versiyasında qeyd olunmuş yazarlar siyahısında da bunu görmək olur. Görünür ki, şəbəkənin yerli üzvləri hələ mübarizəni davam etdirmək əzmindədirlər və əslində ad dəyişməklə daha da rahat fəaliyyət göstərəcəklər. Güman ki, liseylərin taleyi hər kəsin yadındadır. Şəbəkənin yerli liseyləri ad dəyişməklə "həyat"larına davam edə bildilər, hətta həmin ərəfədə şəbəkənin üzvü olan bəzi təhsil işçiləri başqa özəl təhsil ocaqlarına da "sızmağı" bacarmışdılar. Son aylar Qafqaz Universiteti ilə bağlı eyni proses getməkdədir. Rəhbərlikdə dəyişiklik olsa da, şəbəkənin yerli müəllimləri öz yerlərindədir və iş başındadırlar. 

Qeyd edək ki, sözügedən media orqanı Türkiyədə 15 iyul çevriliş cəhdi sonrası  ölkəmizdə fəaliyyətinə xitam verilən - FETÖ-çülüyün təbliğində təqsirləndirilərək bağlanan "Zaman" nəşrinin eynisidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR