Azərbaycan gömrükçüləri 25 min ədədə yaxın siqaret aşkar edib

Azərbaycan gömrükçüləri 25 min ədədə yaxın siqaret aşkar edib
11:27 8 Oktyabr 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Rusiya istiqamətindən “Xanoba” gömrük postunun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Bu barədə "Report"a DGK-dan bildirilib.
Məlumata görə, yoxlama zamanı avtomobilin arxa yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 24 800 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.



Xəbərin orijinal ünvanı: http://report.az/hadise/azerbaycan-gomrukculeri-25-min-edede-yaxin-siqaret-askar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR