"5 həftə Azərbaycanda qaldım" - türkiyəli aktrisa

"5 həftə Azərbaycanda qaldım" -  türkiyəli aktrisa
11:41 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyəli aktrisa Funda Bostanlık ARB TV-nin "Türk şou-maqazin" verilişinə açıqlama verib.

Axşam.az xəbər verir ki, aktrisa hazırda rol aldığı "Hansımız sevmədik" serialı haqda danışıb:

"Yeni serialda Adilə xanımın ən kiçik qızı olan Sevda rolunu canlandırıram. Sevda da gənc, məktəbli, dəli-dolu olan bir qızdır. Məndən xoşu gələn 2 oğlan var və mən onlarla oynayıram. Sevildiyimi bilirəm deyə, özümü naza çəkirəm. Real həyatda belə xarakterə malik biri deyiləm".

Azərbaycanda filmə çəkilən aktrisa, ölkəmizlə bağlı maraqlı xatirələrini bölüşüb:

"Rejissorumuz məni komanda ilə tanış edəndən sonra, "Bu sürətlə Azərbaycan dilində danışacaqsınız",- dedi. O gündən sonra hamı mənimlə Azərbaycan dilində danışdı. Çox qonaqpərvərsiniz. Hətta o qədər sevimli idiniz ki, oradan ayrılmaq istəmirdim. Azərbaycanda 5 həftə qaldım. Çəkiliş ötən il olmuşdu, buna görə də öyrəndiklərimin çoxunu unutmuşam".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR