"Atasığorta"nın Direktorlar Şurasının üzvü vəfat edib

"Atasığorta"nın Direktorlar Şurasının üzvü vəfat edib
11:52 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Atasığorta" ASC-nin Direktorlar Şurasının müstəqil üzvü vəfat edib. Şirkətdən "Report"a verilən məlumata görə, söhbət Namiq Behbud oğlu Səmədovdan gedir.
Onun yerinə hələ ki, heç kim seçilməyib.
Xatırladaq ki, N.Səmədov 22 Yanvar 1961-ci ildə Naxçıvan MR-ın Ordubad şəhərində anadan olub. O, 1978-1985-ci illərdə Z.Bünyatzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Sənayenin iqtisadiyyatı” fakültəsində ali təhsil alıb.  Əmək fəaliyyətinə tələbə olarkən başlayan N.Səmədov 1981-2009-cu illərdə dövlət işində çalışıb, 2009-2016-cı illərdə hazırda ləğvetmə prosesində olan "Atrabank" ASC-nin İdarə Heyətinin sədr müavini, 2013-cü ilin iyun ayından isə paralel olaraq “AtaSığorta”nın Direktorlar Şurasının müstəqil üzvü olub. 
Allah rəhmət eləsin!

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/atasigorta-nin-direktorlar-surasinin-uzvu-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR