ABŞ-da aktiv neft-qaz quyularının sayı bu həftə də artıb

ABŞ-da aktiv neft-qaz quyularının sayı bu həftə də artıb
11:52 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 1-7 oktyabr tarixlərində 2 ədəd və ya 0,38% artaraq 524-ə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,7% artaraq 428 ədəd, qaz quyularının sayı isə 2 ədəd və yaxud 2,08% azalaraq 94 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə 100% artaraq 2 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 177 ədəd və yaxud 29,2%, qaz quyularının sayı isə 95 ədəd və yaxud 50,3%, ümumilikdə isə neft-qaz quyularının sayı 271 ədəd və yaxud 34,1% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda isə aktiv neft quyularının sayı minimal həddən 35,4% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 73,4% aşağıdır.
ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı aradakı 2 həftə istisna olmaqla 19 həftədir artmaqda davam edir. Bu həftələrin birində azalma, digərində isə sabitlik qeydə alınıb. 
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin 50 dollar/bareli ötməsi ABŞ-da neft sektorunun canlanmasını sürətləndirəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/abs-da-aktiv-neft-qaz-quyularinin-sayi-bu-hefte-de-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR