Obama səs verdi

Obama səs verdi
11:58 8 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama dövlət başçısı seçkilərində vaxtından əvvəl iştirak edib.

Publika.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, Barak Obama prezident seçildiyi vaxta qədər yaşadığı Çikaqoya səfəri çərçivəsində səs verib.

Buna səbəb Barak Obamanın prezident vəzifəsində ikinci müddətini 2017-ci ilin yanvarında başa vurması ilə bağlıdır.

Xatırladaq ki, bu il noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ qanunlarına görə, indiki prezidenti Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün onun üçüncü dəfə namizəd olması mümkün deyil.

ABŞ prezidentliyinə namizədlər - Demokratik Partiyadan Hillari Klinton, Respublikaçı Partiyadan isə Donald Trampdır.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR