“İsgəndər-M”-lər cəbhədə: Kəşfiyyat “müharibə planı”nın detallarını açdı

“İsgəndər-M”-lər cəbhədə: Kəşfiyyat “müharibə planı”nın detallarını açdı
12:08 8 Oktyabr 2016
1295 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika kəşfiyyatı Rusiyanın Kalininqrada gizli şəkildə “İsgəndər-M” raket komplekslərini yerləşdirdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, “Röyters”ə danışan ABŞ kəşfiyyatındakı mənbə Rusiyanın yeni müharibəyə hazırlaşa biləcəyi ehtimalından danışıb.

“Rusiya Kalininqrada “İsgəndər-M” raket komplekslərini yerləşdirir. 2014-cü ildə təlimlər üçün bu ərazilərə raketlər gətirilmişdi. Lakin bu dəfə müharibə hazırlığının olması da istisna deyil. Bu, həmçinin, NATO-ya “əzələ nümayişi”dir”, - deyə mənbə bildirib.

Daha əvvəl “The Guardian” nəşri Estoniya mənbələrinə istinadən məlumat yaymışdı ki, “İsgəndər-M” raket-kompleksləri Sankt-Peterburqdan “Ambal” gəmisində daşınır.

Ekspertlər də Rusiyanın bu addımını yeni müharibəyə hazırlıq kimi qiymətləndiriblər.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR