"Qarabağ"ın qapıçısı darmadağını kənardan seyr etdi

"Qarabağ"ın qapıçısı darmadağını kənardan seyr etdi
12:12 8 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə mərhələsinin II turu çərçivəsində Bosniya və Herseqovina yığması Belçikanın qonağı olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, H qrupunda baş tutan bu görüşdə ev sahibləri 4:0 hesablı qələbə qazanıblar.

Bosniya və Herseqovina yığmasının heyətinə cəlb edilən "Qarabağ"ın qapıçısı İbrahim Şehiç darmadağını kənardan izləyib. Belə ki, ehtiyatda qalan təcrübəli qolkiper bu görüşün iştirakçısı olmayıb.
 
Qeydə alınan nəticədən sonra Belçika xallarının sayını 6-ya çatdırıb. Bosniya və Herseqovina millisi isə 3 xalla 3-cü pillədə qərarlaşıb. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR