Məşhur din xadimi: "İmkan verin ölüm..." - FOTO

Məşhur din xadimi: "İmkan verin ölüm..." - FOTO
12:27 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur din xadimlərindən biri, Cənubi Afrika Respublikasında aparteid rejiminə qarşı mübarizənin liderlərindən biri olmuş arxiyepiskop Desmond Mpilo Tutu həyatı ilə könüllü vidalaşmaq niyyətindədir.

Milli.Az ABC-yə istinadən bildirir ki, Nobel Sülh Mükafatı laureatı olan 85 yaşlı arxiyepiskopun dediyinə görə, evtanaziyadan yararlanmaq, həyatına həkimlərin yardımı ilə son qoymaq istəyir.

Sentyabr ayında Tutu infeksiya residivi ilə hospitala yerləşdirilib. 85 yaşının tamam olması münasibətilə Washington Post-a verdiyi müsahibəsində o, deyib: "Həyatdan ikiəlli yapışmaq niyyətində deyiləm. Ümid edirəm ki, böyük səyahətimin növbəti mərhələsinə könüllü keçidə icazə verəcəklər. Həyatımı başqalarının hüquqları, insanların ləyaqətli yaşamaq haqları uğrunda mübarizəyə həsr etdim. İndi, həyatım sona yaxınlaşında insanlara ləyaqətini qoruyaraq ölmək hüququnun verilməsini istəyirəm. Özünüz üçün hansı seçim etməyinizdən asılı olmayaraq başqalarını azad seçimdən niyə məhrum etməlisiniz?!"

Nelson Mandela ilə birlikdə aparteid rejiminə qarşı mübarizə aparmış sabiq Yohanessburq yepiskopu Desmond Tutu 1984-cü ildə Nobel Sülh Mükafatı alıb. Elə həmin il o, CAR-da ilk qaradərili yepiskop olmuş, iki il sonra isə Keyptaunun anqlikan arxiyepiskopu seçilmişdi.

CAR-da ötən il qəbul edilmiş qanuna görə, pasiyent həyatı ilə könüllü vidalaşa bilər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/477299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR