Bazar günü havanın temperaturu 30 dərəcəyədək artacaq

Bazar günü havanın temperaturu 30 dərəcəyədək artacaq
12:37 8 Oktyabr 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 8 oktyabr. REPORT.AZ/ Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, oktyabrın 9-u səhər paytaxt və yarımadanın bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/bazar-gunu-havanin-temperaturu-30-dereceyedek-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR