Məşhur diktor keçmişi ilə bağlı hansı sirrini açdı: “Mən buna razılaşmadım”

Məşhur diktor keçmişi ilə bağlı hansı sirrini açdı: “Mən buna razılaşmadım”
12:43 8 Oktyabr 2016
123 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynli sənət fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, diktor keçmiş SSRİ məkanında çox tanındığını deyib:

“O vaxt bizim televiziya əyalət televiziyası sayılırdı. Rusiyada xeyli telekanallar fəaliyyət göstərirdi. Mən Azərbaycanın təmsilçisi kimi arada rus kanallarında çıxışlar edirdim. Məşhur diktor Svetlana Marqunova ilə veriliş aparandan sonra təklif olundu ki, həmişəlik orda çalışım. Mən buna razılaşmadım, etiraz etdim. Çünki qonorar o səviyyədə deyildi ki, bununla yaşayım. Həm də orda bir verilişin çəkilməsi aylar tələb edirdi. Məsələn, bizdə yeni il çəkilişini bir həftəyə hazır edirik, amma Rusiyada artıq avqust ayından çəkilşlər başlayır, ta dekabra qədər. Fikirləşdim ki, o vaxta mən Bakıda nə qədər veriliş edib, qonorarlar alaram”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/171418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR