Bakıda istirahət günü yağış yağacaq - HAVA PROQNOZU

Bakıda istirahət günü yağış yağacaq - HAVA PROQNOZU
12:54 8 Oktyabr 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

  

Sabah Bakıda və Abşeron yarımadasında əyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 16-18° isti, gündüz  24-29° isti, Bakıda gecə  16-18° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət   gecə 65-75 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskinli olacaq.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30°isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR