Zaqatalada canavar heyvanları parçaladı - VİDEO

Zaqatalada canavar heyvanları parçaladı - VİDEO
13:34 8 Oktyabr 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

 

Zaqatalanın Muxax kəndində canavar xırdabuynuzlu heyvanlara hücum çəkib.

 

Lent.az  ARB Şəki-yə istinadən  xəbər verir ki, gecə saat 4 radələrində itin hürməsinə həyətə çıxan Fərman Eminov mal tövləsində xırdabuynuzlu heyvanların canavar hücumuna məruz qaldığını görüb.

 

Tövlədə olan 18 baş xırdabuynuzlu heyvandan üçü ölüb, digər üçü isə yaralanıb. Fərman Eminov hadisə ilə bağlı rayon Baytarlıq idarəsinə məlumat verib.  İdarənin əməkdaşları əraziyə cəlb olunub.  Heyvanlardan quduzluqla bağlı nümunələr götürülüb. Ölmüş və yaralanmış heyvanların təlimata uyğun məhv ediləcəyi bildirilib.






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR