Tolqanın evinə həbs qoyuldu - Günayın istəyi ilə...

Tolqanın evinə həbs qoyuldu - Günayın istəyi ilə...
13:42 8 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Keçmiş evli cütlük - məşhur aktyor Tolqa Karel ilə azərbaycanlı model Günay Musayevanın münasibətləri yenidən gərginləşməyə başlayıb.

"Qafqazinfo" xəbər verir ki, məhkəmə oğlu Cahangirin alimentini verməyən Tolqanın Beylerbeyindəki evini nəzarətə götürüb.

Musayevanın vəkili mövzu ilə bağlı açıqlama yayıb. 

"O, lüks içində yaşayır, ancaq oğluna 500 TL dəyərində aliment vermir. Vicdansızlıqdır, bu səbəbdən məhkəməyə müraciət etdik, onun evinə həbs qoyulub", - deyə vəkil qeyd edib. 

Xatırladaq ki, məşhurlar 2011-ci ildə evlənmiş, ötən il isə münasibətlərinə son qoymuşdular.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR