Nazirlər Kabineti (NK) ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısını genişləndirib.
NK-dan verilən məlumata görə, bununla əlaqədar “Azərbaycan
Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında” qərara dəyişikliklər edilib və ona bir sıra
mal mövqeləri əlavə edilib. Qərar noyabrın 7-dən qüvvəyə minəcək və
5 il müddətində qüvvədə olacaq.
Həmin malların siyahısını və onlara görə müəyyən edilmiş gömrük
rüsumlarını təqdim edirik: İribuynuzlu mal-qaranın (camış daxil
olmaqla) və ya atlar fəsiləsi heyvanlarının dəriləri (təzə və ya
duzlu, qurudulmuş, küllənmiş, pikellənmiş və ya adi üsulla
konservləşdirilmiş, lakin aşılanmamış, perqamentə hazırlanmamış və
ya sonradan emal edilməmiş), tük örtüyü ilə və ya onsuz, ikilənmiş
və ya ikilənməmiş:
bütöv dərilər, ikilənməmiş, quru halda hər biri 8 kq-dan çox
olmayan, quru-duzlu halda 10 kq-dan çox olmayan və ya təzə,
yaş-duzlu və ya ayrı konservləşdirilmə halında 16 kq-dan çox
olmayan kütlə ilə:
təzə kq 1000 kq-a 500 ABŞ dolları
yaş-duzlu kq 1000 kq-a 500 ABŞ dolları
quru və ya quru-duzlu kq 1000 kq-a 500 ABŞ dolları
digərləri kq 1000 kq-a 500 ABŞ dolları
bütöv dəri, çəkisi 16 kq-dan çox:
təzə kq 1000 kq-a 500 ABŞ dolları
yaş-duzlu kq 1000 kq-a 500 ABŞ dolları
quru və ya quru-duzlu kq 1000 kq-a 500 ABŞ dolları
digərləri kq 1000 kq-a 500 ABŞ dolları
digərləri - gönü qalın, yarı qalın və ətək hissələri daxil olmaqla
kq 1000 kq-a 500 ABŞ dolları
Emal edilməmiş qoyun və ya quzu dəriləri (təzə və ya duzlu, quru,
küllənmiş, pikellənmiş və ya başqa üsulla konservləşdirilmiş, lakin
aşılanmamış, perqamentə hazırlanmamış və ya sonradan emal
edilməmiş), yun örtüyü ilə və ya onsuz, ikilənmiş və ya
ikilənməmiş, bu qrupun qeydlərinin 1-ci hissəsinin “v” bəndində
sadalananlardan başqa:
yun örtüyü ilə:
quzuların kq 1000 kq-a 500 ABŞ dolları
digərləri kq 1000 kq-a 500 ABŞ dolları
yun örtüyü olmayan:
pikellənmiş kq 1000 kq-a 500 ABŞ dolları
digərləri kq 1000 kq-a 500 ABŞ dolları
iribuynuzlu mal-qaranın (camış daxil olmaqla) gönündən aşılanmış
dəri və ya krast və ya atlar fəsiləsi heyvanlarının, tük örtüyü
olmayan gönlərindən hazırlanan, ikilənmiş və ya ikilənməmiş və
sonradan emal edilməmiş:
nəm halda (xromlanmış yarımfabrikatlar daxil olmaqla):
ikilənməmiş cilalanmamış üzlük; ikilənmiş üzlük:
İribuynuzlu mal-qaranın (camışlar daxil olmaqla) bütöv gönlərindən
hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28 kvfutdan) artıq
olmayan kq 1000 kq-a 350 ABŞ dolları
digərləri:
iribuynuzlu mal-qaranın (camış daxil olmaqla):
bütöv gönlərdən hazırlanan dəri, səthinin sahəsi 2,6 m2-dən (28
kvfutdan) artıq olan kq
1000 kq-a 350 ABŞ dolları
digərləri 1000 kq-a 350 ABŞ dolları
Qoyun və ya quzu gönündən aşılanmış dəri və ya krast, yun örtüyü
olmayan, ikilənmiş və ya ikilənməmiş, lakin sonradan emal
olunmamış:
nəm halda (xromlanmış yarımfabrikatlar daxilolmaqla):
ikilənməmiş kq 1000 kq-a 150 ABŞ dolları
ikilənmiş kq 1000 kq-a 150 ABŞ dolları (azvision.az)