Rusiyalı nazir: "OPEC razılığa gələ bilməyəcək"

Rusiyalı nazir: "OPEC razılığa gələ bilməyəcək"
14:05 8 Oktyabr 2016
34 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya gələn həftə İstanbulda baş tutacaq qeyri-rəsmi görüşdə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin hasilatı azaltmaqla bağlı rəsmi razılıq əldə edəcəyini gözləmir.

Milli.Az azvision.az-a istinadən bildirir ki, Rusiyanın energetika naziri Aleksandr Novak bu fikirdədir: "Hər hansı bir razılığın əldə olunacağını gözləmirəm. Görüşdə yalnız müzakirələr aparılacaq".

Bu arada Rusiya və Venesuela neft bazarındakı hazırkı vəziyyəti müzakirə edəcək. Bunu Venesuela prezidenti Nikolas Maduro deyib. O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı neft bazarındakı hazırkı vəziyyət əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, İstanbulda keçiriləcək XXIII Dünya Enerji Konqresi oktyabrın 9-da başlayacaq və Azərbaycan da daxil olmaqla 80 ölkədən 266 nümayəndənin iştirakı ilə baş tutacaq konqres çərçivəsində 60 iclas keçiriləcək. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR