Heydər Əliyev İncəsənət Məktəbində "Azərbaycan rəngkarlığı" mövzusunda müzakirələr keçirilib - FOTO

Heydər Əliyev İncəsənət Məktəbində "Azərbaycan rəngkarlığı" mövzusunda müzakirələr keçirilib - FOTO
14:05 8 Oktyabr 2016
16 Ölkə
Ölkə mətbuatı
A- A+

Heydər Əliyev Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu "ASAN həyat" kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində "Azərbaycan rəngkarlığı" mövzusunda mühazirə keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə mövzü üzrə xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Ağaəli İbrahimovun mühazirəsi dinlənilib.

Region gənclərinin, ali məktəb tələbələrinin iştirakı ilə keçən tədbirdə Azərbaycan rəngkarlığının inkişafı tarixindən, 1969-1982-ci illərdə, eyni zamanda müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafındakı xidmətləri, ulu öndərin Azərbaycan incəsənətinə və sənətkarlara böyük qayğısından danışılıb. Bildirilib ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yaradıcılığının gələcək nəsillər arasında yaşadılması vacibdir. Bu baxımdan azərbaycançılıq ideyasının inkişafı, milli-mənəvi dəyərlərimizin, Azərbaycan incəsənətinin qorunması, inkişafı və dünyaya tanıdılması istiqamətində dövlətlə yanaşı, Heydər Əliyev Fondu da tarixi əhəmiyyətli işlər görür.

Mühazirə zamanı Azərbaycan incəsənətinin intibah dövrünə aid miniatür sənəti, xalçaçılıq, keramika və divar rəsmləri haqqında danışılıb. XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan təsviri sənətində yeni mərhələ, Bəhruz Kəngərli, Əzim Əzimzadə, İbrahim Səfi, Əkbər Kazımbəyov və digər rəssamların yaradıcılığı barədə məlumat verilib.

Tədbirdə, həmçinin müasir Azərbaycan incəsənətinin çiçəklənmə dövrünə aid Səttar Bəhlulzadə, Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Oqtay Sadıqzadə kimi tanınmış Azərbaycan rəssamlarının əsərləri barədə danışılıb.

Mühazirədən sonra gənclərlə mövzu ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Masallıda açılan "ASAN həyat" kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirilməsi nəzərdə tutulub. İncəsənət məktəbi eyni zamanda regionlarda istedadlı, xüsusi qabiliyyətli gənclərin aşkara çıxarılması, onların milli-mənəvi dəyərlərə, tarixə bağlı ruhda böyüməsi istiqamətində fəaliyyət göstərir.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/477437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR